Şərqi Azərbaycan əyalətində Azərbaycan dili dərslərinin tədrisinə başlanılıb.
AzEdu.az xəbər verir ki, bununla bağlı vilayətin valisi Məhəmmədrza Purməhəmmədi məlumat verib. O bildirib ki, ustanın 8 orta məktəbində Azərbaycan türkcəsi tədris edilir.
“Biz sözümüzü yerinə yetirdik. Bu vilayətdəki Şərqi Azərbaycan vilayətində Azərbaycan dili dərsləri keçirilməyə başlanılıb. 8 məktəbdə Azərbaycan türkcəsinin tədrisi pilot layihə şəkilindədir. Yaxın illərdə bu məktəblərin sayı artacaq”.