Azedu.az

Ümumtəhsil müəssisələrində birinci yarımilin yekunlarına dair müzakirələr aparılır

Məktəblər

4 Fevral 2020, 10:39
Ümumtəhsil müəssisələrində birinci yarımilin yekunlarına dair müzakirələr aparılır

2019-2020-ci tədris ili üzrə birinci yarımilin başa çatması ilə əlaqədar ümumtəhsil müəssisələrində pedaqoji şura iclasları təşkil olunur.

AzEdu.az xəbər verir ki, iclasların keçirilməsində əsas məqsəd birinci yarımildə görülən işləri bir daha nəzərdən keçirmək, qarşıda duran vəzifələr haqqında fikir mübadiləsi aparmaq və kollegial qərarlar qəbul etməkdir.

Pedaqoji şuraların toplantılarında məktəb direktorlarının və müavinlərinin məruzələri, sinif rəhbərlərinin hesabatları dinlənilir.

İclaslarda 2019-2020-ci dərs ilinin prioritet fəaliyyət istiqamətləri, birinci yarımil ərzində təhsilin keyfiyyətinin artırılmasına dair görülən işlər, məktəbdaxili qiymətləndirmələrin və fənn olimpiadalarının nəticələri, dərsə davamiyyət, IX və XI siniflər üzrə buraxılış imtahanlarına hazırlıq, müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulması, qarşıda duran vəzifələr və digər mövzular ətrafında müzakirələr aparılır, müvafiq qərarlar qəbul edilir. Müəllimləri maraqlandıran suallar cavablandırılır.

Pedaqoji şura iclaslarında, həmçinin fəaliyyətində fərqlənən müəllimlər fəxri fərman və təşəkkürnamə ilə təltif olunurlar.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox