Azedu.az

İmişli məktəbliləri fənn olimpiadalarının növbəti mərhələsində

Məktəblər

2 Fevral 2020, 13:10
İmişli məktəbliləri fənn olimpiadalarının növbəti mərhələsində

Xəbər verildiyi kimi, 2019-2020-ci tədris ili üçün Respublika fənn olimpiadalarının birinci - rayon mərhələsinin nəticələri məlum olub.

 Nəticələrə əsasən, İmişli rayonunun ümumi təhsil məktəbləri üzrə birinci mərhələdə iştirak etmiş 436 şagirddən 36-sı olimpiadaların növbəti mərhələsində iştirak etmək hüququ qazanıb. Belə ki, Azərbaycan dili və ədəbiyyat fənni üzrə 6, riyaziyyat fənni üzrə 7, fizika fənni üzrə 2, kimya fənni üzrə 5, biologiya fənni üzrə 8, tarix fənni üzrə 7,  coğrafiya fənni üzrə isə 4 şagird uğur əldə edib.

 Xatırladaq ki, bütün fənlər və siniflər üzrə 40 faiz və yuxarı (fizika fənni üzrə 10-cu sinif şagirdləri üçün isə 30 faiz və daha yuxarı) nəticə göstərən şagirdlər olimpiadaların növbəti mərhələsində iştirak etmək hüququ qazanıblar. (Azərbaycan müəllimi)

 Vilayət ƏLİYEV,

İmişli Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox