Azedu.az

Psixoloqlar və direktor müavinləri üçün təlimlər keçiriləcək

Məktəblər

Müəllimlər və elm adamları

31 Yanvar 2020, 16:40
Psixoloqlar və direktor müavinləri üçün təlimlər keçiriləcək

Həssas qrupa daxil olan uşaqlarla ən mühüm iş məktəb psixoloqlarının üzərinə düşür".

AzEdu.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev deyib. Onun sözlərinə görə, bu sahədəki ümumi vəziyyət qaneedici deyil:

"Bu sahədə əsaslı dönüş yaratmaq, ümumitəhsil müəssisələrində psixoloji xidmətin düzgün təşkilinə və səmərəliliyinin artırılmasına nail olmaq üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə məktəblərdə çalışan psixoloqlar və təşkilati işlər üzrə direktor müavinləri üçün fevral ayından başlayaraq təlimlər keçiriləcək".

Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir
Son xəbərlərDaha çox