Bakıda məktəbdən oğurluq olub.
AzEdu.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən 12 nömrəli tam orta məktəbində qeydə alınıb.
Belə ki, naməlum şəxs və ya şəxslər məktəbin pəncərəsinin şüşəsini qıraraq otaqların birinə daxil olub, oradan bir neçə proyektor aparıblar.
Faktla bağlı araşdırma aparılır.