Azedu.az

Sabirabadda yeni məktəb binası istifadəyə verilib

Məktəblər

Elm və Təhsil Nazirliyi

30 Yanvar 2020, 10:23
Sabirabadda yeni məktəb binası istifadəyə verilib

Sabirabadın Çığırqan kənd tam orta məktəbi üçün tikilən 96 şagird yerlik modul tipli məktəb binası istifadəyə verilib.

AzEdu.az xəbər verir ki, tikintisinə ötən ilin axırlarında başlanan binada 8 sinif, 1 müəllim otağı və kitabxana var. Məktəb binası müasir istilik sistemi, yeni inventar, texniki və əyani vəsaitlərlə təchiz olunub. Təhsilin yüksək səviyyədə aparılması üçün lazımi şəraiti olan modul tipli yeni bina artıq şagird və müəllimlərin istifadəsinə verilib.

Qeyd edək ki, hazırda məktəbdə 151 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 22 müəllim məşğul olur.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox