Magistratura qəbul imtahanın müddətində dəyişiklik edilib.
AzEdu.az xəbər verir ki, DİM-dən verilən məlumata görə bu ildən qəbul imtahanları 3 saat müddətində keçiriləcək. Ötən illər isə magistraturaya qəbul imtahanının birinci mərhələsi 2.5, ikinci mərhələsi isə 1.5 saat müddəində keçirilirdi.
Həmçinin DİM magistraturaya qəbul olmaq istəyən bakalavrlar üçün fevralın 2-si sınaq imtahanı keçiriləcək. İmtahana qeydiyyat isə online şəkildə aparılır.
Qeyd edək ki, ali təhsil müəssisələri və AMEA-nın magistraturalarına qəbul imtahanı 23 fevralda baş tutacaq. İmtahana qeydiyyat yaxın günlərdə elan olunacaq.