“Ölkəmizdə 4500-ə yaxın məktəb var. Onların 50 faizində şagird sayı 200-dən aşağıdır”.
AzEdu.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov bu gün Təhsil Nazirliyinin 2019-cu ilin yekunları, 2020-ci ilin hədəflərinə həsr olunan mətbuat konfransında deyib.
Nazir ötən ilin prioritet istiqamətlərindən söz açarkən şagird sayındakı artımdan da bəhs edib:
“Son illər şagird sayı əlli min nəfər artıb. Bu, bütün ərazilərdə eyni templə olmur. Bəzi ərazilərdə daha sürətlə gedir. Buna görə də bəzi ərazilərdə kifayət qədər şagird sıxlığı mövcuddur. Bu istiqamətdə işlərin sürətləndirilməsi ilə bağlı Prezidentin xüsusi sərəncamları olub. Qeyd etdiyimiz istiqamətdə xeyli işlər görülür”.