Xəbər verdiyimiz kimi müəllimlərin işə qəbul müsabiqəsində dəyişiklik edilib. Məntiq imtahan proqramından çıxarılıb.
MİQ müsabiqəsində iştirak edən namizədləri maraqlandıran məsələ dəyişikliyin bu il tətbiq olunub olunmamasıdır.
AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyinin rəsmi telegram hesabında verilən məlumata əsasən, dəyişiklik 2020-2021-ci tədris ili üçün nəzərdə tutulub.
Məntiqin proqramdan çıxarılmasının səbəbi isə MİQ müsabiqəsi ilə müəllimlərin sertifikatlaşdırılması proqramı arasında bərabərlik yaratmaqdır. Belə ki, MİQ-də uğur qazanan namizədlər sertifikatlaşdırmadan azad olacaqlar.
Qeyd edək ki, ümumi sualların sayı əvvəlki kimi saxlanılır. 40 ixtisas, 20 metodika olmaqla, yenə də nazmizədlərə 60 sual təqdim olunacaq.