Azedu.az

20 Yanvar hadisələrinə həsr olunmuş bilik yarışı

14 Yanvar 2020, 13:47
20 Yanvar hadisələrinə həsr olunmuş bilik yarışı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrinin şagirdləri arasında “20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi” mövzusunda bilik yarışı keçirilib.

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, bilik yarışında 75, 142, 155, 198 və 209 nömrəli tam orta məktəblərin V sinif şagirdləri iştirak ediblər. Yarış istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların yaradıcılığa və elmə olan marağını artırmaq, nəzəri və təcrübi biliklərini təkmilləşdirmək, həmçinin vətənpərvərlik hisslərini daha da möhkəmləndirmək, tarixi hadisələrə dair məktəblilərin məlumatlılıq səviyyəsini yüksəltmək məqsədlərinə xidmət edir.

Bilik yarışının nəticələrinə əsasən, 155 nömrəli tam orta məktəbin komandası I, 198 nömrəli tam orta məktəbin komandası II, 75 nömrəli tam orta məktəbin komandası III yeri tutub. 209 və 142 nömrəli tam orta məktəblərin komandaları isə həvəsləndirici yerə layiq görülüb.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox