Azedu.az

Məktəblər və yüzlərlə kəndin yolu bağlandı - GÜCLÜ QAR

13 Yanvar 2020, 14:24
Məktəblər və yüzlərlə kəndin yolu bağlandı - GÜCLÜ QAR

Türkiyənin Van və Hakkari vilayətlərində dünən gecə başlayan güclü qar səbəbilə məktəblərdə bir günlük tətil elan edilib.

AzEdu.az xəbər verir ki, sözügedən ərazilərdə qarın qalınlığı 15 sm-ə çatıb. Mövcud hava şəraitinin bir neçə gün davam edəcəyi proqnozlaşdırılır.

Van vilayətində qar 359 kəndə gediş-gəlişi çətinləşdirib.

Büyükşehir və İpekyolu bələdiyyələrinin əməkdaşları səhər saatlarından etibarən yollarda təmizliyə başlayıb.

Dövlət qurumlarında çalışan fiziki məhdudiyyətlilər və hamilələr də bu günlük işdən azad edilib.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox