Meksikanın Torreon şəhərində (Koauila ştatı) yerləşən məktəbdə silahlı insident baş verib.
AzEdu.az-ın "TASS"a istinadən məlumata görə, 12 yaşlı şagird məktəbə silah gətirərək müəlliməsini qətlə yetirib, daha sonra isə intihar edib.
Bildirilir ki, silahlı insident zamanı 5-i şagird olmaqla 6 nəfər yaralanıb. Onlara tibbi yardım göstərilib.
Qeyd edilir ki, yaralananlardan 2-nin vəziyyəti ağırdır