Ötən il ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib. Təmayülləşmə ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AzEdu.az-a bildirilib ki, BŞTİ-nin tabeliyindəki 161 məktəbdə 348 təmayül sinfi təşkil olunub.
Həmçinin Bakı şəhəri üzrə 4 ümumtəhsil müəssisəsində 60 şagird inklüziv təhsilə cəlb edilib. “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”na əsasən, məqsədyönlü işlər görülüb, bu sahədə müəllimlərin üzərinə düşən vəzifələr müəyyənləşdirilib.