Azedu.az

Qəbul imtahanlarında ekoloji mühit necə olmalıdır?-TƏKLİF

Məktəblər

Müəllimlər və elm adamları

Dövlət İmtahan Mərkəzi (DİM)

4 Yanvar 2020, 16:10
Qəbul imtahanlarında ekoloji mühit necə olmalıdır?-TƏKLİF

Sosial Tədqiqatlar Mərkəzinin apardığı sorğu nəticəsində aydın olur ki, imtahanlar təşkil olunan mərkəzlərdə bəzi amillər diqqətdə saxlanılmalıdır.

AzEdu.az xəbər verir ki, abituriyentlərin təkliflərinin təhlili göstərir ki, qəbul imtahanlarının keçirildiyi ekoloji mühit diqqət mərkəzində olmalıdır.

İmtahanlar adətən yay aylarında keçirildiyindən imtahan zallarının pəncərələri təlimata zidd olsa da açıq olur. Nəticədə aparılan tikinti işləri, valideynlərin səs-küyü imtahan prosesinə manelər yaradır. Bunları nəzərə alıb imtahan keçirilən gün respublika ərazisində günün birinci yarısında tikinti işlərinin dayandırılması, valideynlərin isə hüquq-mühafizə orqanlarının işçiləri tərəfindən imtahan binasından bəlli bir uzaqlıqda saxlanılması tövsiyə edilir.

Onu da qeyd edək ki, imtahanlar adətən  bütün respublika ərazisində eyni vaxtda saat 11:00-da başlayır, 14:00-da başa çatır.

Ayşə MÜSEYİB

Rusiyaya ŞOK ZƏRBƏ - Çeçenlər Ukrayna tərəfə keçdi
Son xəbərlərDaha çox