Azedu.az

Bu informasiya məhsullarının məktəbdən 150 metrdən az məsafədə yayılmasına yol verilməyəcək

Məktəblər

1 Yanvar 2020, 11:45
Bu informasiya məhsullarının məktəbdən 150 metrdən az məsafədə yayılmasına yol verilməyəcək

Bu gündən etibarən uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində və ya həmin müəssisələrin sərhədindən yüz əlli metrdən az olan məsafədə yayılmasına yol verilməyəcək.

AzEdu.az-ın məlumatına görə, bu, “Təhsil haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanunun bu tələbi 1 yanvar 2020-ci ildən qüvvəyə minir.

Qanuna əsasən, təhsil müəssisələrində uşaqların təhsil və tərbiyəsi üçün nəzərdə tutulan informasiya məhsullarının qiymətləndirilməsi “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının təhsil haqqında qanunvericiliyinə uyğun aparılacaq.(APA.az)

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox