Paytaxt məktəblilərinin iştirakı ilə Azərbaycan Respublikasının dövlət himninin fərqli üslubda ifası ilə bağlı videoçarx hazırlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, idarənin dəstəklədiyi təşəbbüsün əsas məqsədi Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təbliğini genişləndirmək, məktəbliləri milli-mənəvi dəyərlərə hörmət, Vətənə məhəbbət və azərbaycançılıq məfkurəsi əsasında tərbiyə etmək, onların yaradıcılıq bacarığının inkişafına təkan verməkdən ibarətdir.