Azedu.az

BŞTİ-də təltifolunma mərasimi

Məktəblər

Elm və Təhsil Nazirliyi

29 Dekabr 2019, 17:04
BŞTİ-də təltifolunma mərasimi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən çalışmanın yaş həddinə çatmış əməkdaşlar təltif edilib. 

Görüşdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri və  əməkdaşları iştirak ediblər.

Çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev təltif olunan təhsil işçilərinə səmərəli  fəaliyyətlərinə, təhsilin inkişafındakı xidmətlərinə görə təşəkkürünü bildirib, onlara işlərində uğurlar arzulayıb.

Sonra çalışmanın yaş həddinə çatmış İdarə əməkdaşlarına Fəxri Fərmanlar və hədiyyələr təqdim olunub.

Təltif olunmuş şəxslər öz növbəsində onların əməyinə verilən dəyərə görə minnətdarlıqlarını bildirib və bundan sonra da təhsil sahəsindəki dinamik inkişafın durmadan artacağına əminliklərini ifadə ediblər.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox