Müəllimlərin orta aylıq əmək haqqı 682 manat təşkil edir.
Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, 2019-2020-ci tədris ili üçün paytaxtdakı ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 682 manat olub.
Qeyd edək ki,müəllimlər üçün dərs saatına uyğun əməkhaqqı aylıq vəzifə maaşı 18-ə bölünərək, dərs saatlarının sayına vurulmaqla hesablanır.
Aylıq vəzifə maaşı isə müəllimin təcrübəsindən asılı olaraq dəyişir. Ali təhsilli müəllimlər üçün staj müddətinə uyğun aylıq vəzifə maaşları aşağıda qeyd edilib:
Pedaqoji staj 3 ilə qədər olduqda – 462 manat;
Pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda – 496 manat;
Pedaqoji staj 8 ildən 13 ilə qədər olduqda – 562 manat;
Pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda – 554 manat;
Pedaqoji staj 18 ildən çox olduqda – 594 manat.