Azedu.az

Fənn olimpiadaları üçün şagirdlər seçilib

29 Dekabr 2019, 12:43
Fənn olimpiadaları üçün şagirdlər seçilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində Respublika fənn olimpiadalarına hazırlıq məqsədilə sınaq yoxlamaları və monitorinqlər keçirilib.

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi iştirakçılarının tərkibinin müəyyənləşdirilməsi məqsədilə təşkil edilən sınaq yoxlamalarda VIII-XI sinif şagirdləri iştirak edib. 

Sınaq yoxlamalarda şagirdlər Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə biliklərini sınayıblar.

Şagirdlərin yazı işləri fənn müəllimlərindən ibarət komissiya tərəfindən yoxlanılıb. Sınaq yoxlamalarda yaxşı nəticə göstərən məktəblilər yanvar ayında keçiriləcək Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsində iştirak etmək şansı qazanıb. 

Qeyd edək ki, Respublika fənn olimpiadalarının keçirilməsində əsas məqsəd istedadlı şagirdləri aşkara çıxarmaq, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənən məktəblilərin potensial imkanlarını inkişaf etdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün əlverişli zəmin yaratmaqdan ibarətdir.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox