“DİM-in metodika və dərsliklərin monitorinqi şöbəsi tərəfindən 2019-cu ildə ilk dəfə yeni bir layihə həyata keçirilib”
AzEdu.az xəbər verir ki, bu barədə sözügedən şöbənin illik hesabatında qeyd olunub.
Şöbə tərəfindən yeni bir layihə həyata keçirilib. Müvafiq fənn kurikulumlarının təlim nəticələri nəzərə alınmaqla, ümumtəhsil məktəblərin I-IV sinifləri üçün qiymətləndirmə tapşırıqları kitabçaları hazırlanıb.
Hesabatda bildirilib ki, müəllimlər kitabçalardakı tapşırıq variantlarından məktəbdaxili qiymətləndirmədə istifadə edilə bilər. Eyni zamanda şagirdlər müstəqil olaraq tədris prosesində mövzuları necə mənimsədiklərini yoxlaya bilərlər.
Həmçinin valideynlər də bu kitabçalar vasitəsilə övladlarının bütövlükdə fənni necə mənimsəmələrini müəyyənləşdirə bilərlər.
Ayşə MÜSEYİB