Azedu.az

Məktəblilər breyn-rinq bilik yarışının növbəti mərhələsində

29 Dekabr 2019, 12:17
Məktəblilər breyn-rinq bilik yarışının növbəti mərhələsində

Paytaxt məktəbliləri arasında “Gənc istedadlar” breyn-rinq bilik yarışının növbəti mərhələsi keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, bilik yarışında paytaxtdakı 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın üzvləri iştirak ediblər.

Yarış ayrı-ayrı fənlər üzrə istedadlı şagirdlərin olimpiadalara, müsabiqə və yarışlara cəlb edilməsinin daha da genişləndirilməsi, onların intellektual oyunlarda iştirakının təşviq və təşkil olunması, şagirdlərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin üzə çıxarılması məqsədi daşıyır. Həmçinin müzakirə, təhliletmə, nitq qabiliyyəti, özünü təqdimetmə və kollektivi təmsiletmə qabiliyyətinin, İKT-dən istifadədə elmi bacarıqların aşkar edilməsi də yarışın əsas hədəflərindəndir.

Bakı şəhərinə həsr olunan bilik yarışının bu mərhələsi paytaxtın tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, tanınmış şəxsiyyətləri haqqında şagirdlərdə məlumatlılığın artırılmasına xidmət edir.

Qeyd edək ki, yarış artıq 3 ildir davam edir. Növbəti aylarda da sözügedən məktəblərdə müxtəlif mövzularda yarışların davam etdirilməsi nəzərdə tutulur. Yarışın bütün mərhələləri üzrə komandaların topladığı xallar hesablanacaq və sonda qalib məktəb seçiləcək.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox