Bu gün dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatır.
Təhsil Nazirliyindən AzEdu.az-a verilən xəbərə görə, diaqnostik qiymətləndirmə dekabrın 24-də başlayıb.
İmtahanda 2700-dək psixoloq iştirak edir. Test imtahanında namizədlərə 90 dəqiqə ərzində psixologiya üzrə 60 test tapşırığı təqdim olunur. Hər düzgün cavab 1 balla qiymətləndirilir.