Rusiyada şagird müəlliminə çəkiclə hücum edib.
AzEdu.az xəbər verir ki, Kirov rayonunun Yekaterinburq şəhərində yerləşən 24 saylı məktəbdə rus dili və ədəbiyyatı müəllimi Marina Zabolotnaya şagirdin hücumuna məruz qalıb.
E1.ru-nun xəbərinə görə, doqquzuncu sinifdə oxuyan oğlan küçədə müəllimini izləyib və ona yaxınlaşaraq başına çəkiclə zərbə vurub.
15 yaşlı şagird hazırda polis idarəsində dindirilir.
Məlumata görə, şagird ədəbiyyat dərsindən verilən şeiri öyrənə bilmədiyi üçün “2” qiyməti aldığına görə müəllimindən qisas alıb.
O, M.Zabolotnayanı evindən çıxarkən binanın qarşısında vurub. (Oxu.az)