Azedu.az

Nazir: "Gələn il məktəbəhazırlığın əhatə dairəsinin 90 faizə çatdırılması nəzərdə tutulur"

Məktəblər

24 Dekabr 2019, 13:04
Nazir:

“5 yaşlı uşaqların ümumtəhsil müəssisələrində dövlət hesabına məktəbəhazırlıq təhsilinə cəlbi 2013-cü illə müqayisədə 24 faizdən 80 faizə qaldırılıb”.

AzEdu.az-ın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər" mövzusunda keçirilən konfransda Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, bununla da 100 mindən çox uşaq məktəbəqədər təhsilə cəlb edilib. "Həyata keçirilən tədbirlər nəticəsində məktəbəqədər təhsil ucqar yaşayış məntəqələrində də təmin edilib. Növbəti ildə məktəbəhazırlığın əhatə dairəsinin 90 faizə çatdırılması nəzərdə tutulur ki, bu da inkişaf edən ölkələrin göstəricisinə uyğundur". (apa)

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox