Azedu.az

Məktəblilər üçün futbol üzrə master-klass keçirilib

Məktəblər

Maraqlı

23 Dekabr 2019, 15:21
Məktəblilər üçün futbol üzrə master-klass keçirilib

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə Bakı İdman Sarayında məktəblilər üçün futbol üzrə master-klass keçirilib.

AzEdu.az xəbər verir ki, ustad dərsində 10-13 yaş arası 50-dən çox uşaq iştirak edib. Futbol üzrə Azərbaycan milli komandasının üzvləri Rahil Məmmədov və Emil Balayev məktəblilərə peşəkar futbolçu kimi yetişmək üçün faydalı məsləhətlər verib, öz təcrübələrini bölüşüb, maraqlı futbol fəndləri nümayiş etdirib, həmçinin onlarla birgə futbol oynayıblar. 

Yekunda tədbirdə iştirak edən bütün uşaqlara, fərqlənən  yeniyetmə iştiraçılara hədiyyələr təqdim olunub, xatirə fotosu çəkilib. 

Tədbir yeniyetmələr arasında idmana, xüsusən də  futbola olan marağın artıırılması, bu idman növünə həvəs göstərən məktəblilərin stimullaşdırılması, sağlam həyat tərzinin təbliğinə dəstək verilməsi məqsədi ilə keçirilib.

İdmanın müxtəlif növləri üzrə yarış və master-klassların paytaxt və regionlarda davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox