Azedu.az

Şagirdin keyfiyyət faizi bu cür hesablanır – Pedaqoji düstur

Məktəblər

Müəllimlər və elm adamları

23 Dekabr 2019, 10:10
Şagirdin keyfiyyət faizi bu cür hesablanır – Pedaqoji düstur

Sinfin illik hesabat blankını hazırlayan zaman hesabatda fənnin, şagirdin və ümumi sinfin keyfiyyət və müvəffəqiyyət (mənimsəmə) faizləri göstərilməlidir.

AzEdu.az keyfiyyət faizinin hesablanma qaydasını təqdim edir:

Fənnin keyfiyyət faizini hesablamaq üçün: hər bir fənn üçün yuxarıdan aşağıya doğru “4” və “5” qiymətlərinin sayı cəmlənir. Toplam cəm ümumi sinif üzrə şagirdlərin sayına bölünərək 100-ə vurulur. Nəticədə, alınan ədəd fənnin keyfiyyət faizi hesab edilir.

Şagirdin keyfiyyət faizini hesablamaq üçün: şagirdin adının qarşısından soldan sağa doğru “4” və “5” qiymətlərinin sayı cəmlənir. Toplam cəm tədris olunan ümumi fənlərin sayına bölünərək 100-ə vurulur. Nəticədə, alınan ədəd şagirdin keyfiyyət faizi hesab edilir.

Sinfin keyfiyyət faizini hesablamaq üçün: sinif üzrə “4” və “5” qiymət alan şagirdlərin sayı toplanır. Toplam cəm ümumi sinif üzrə şagirdlərin sayına bölünərək 100-ə vurulur. Nəticədə, alınan ədəd sinfin keyfiyyət faizi hesab edilir.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox