Gəncə şəhərində Əhməd Cavad adına 2 saylı tam orta məktəbdə yanğın olub.
AzEdu.az xəbər verir ki, hadisə şəhərin Yenə Gəncə yaşayış massivində qeydə alınıb.
Əhməd Cavad adına 2 saylı tam orta məktəbin zalında yanğın baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğının söndürülməsinə yanğından mühafizə bölmələri cəlb edilib. Yanğın söndürülüb və məktəbin otaqlarına keçməsin qarşısı alınıb.
Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Yanğının elektrik naqillərində qısaqapanmadan baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır. (Apa.az)