Azedu.az

Göyçayda yıxılaraq başından travma alan 9-cu sinif şagirdi ölüb

15 Dekabr 2019, 10:44
Göyçayda yıxılaraq başından travma alan 9-cu sinif şagirdi ölüb

Göyçay rayonunda yeniyetmə qız bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

AzEdu.az xəbər verir ki, APA-nın yerli bürosunun məlmatına görə, hadisə ötən gecə Göyçay şəhərində qeydə alınıb.

Rayon sakini, 2005-ci il təvəllüdlü Məsumə Qasımova yaşadığı evin həyətində oynayarkən yıxılıb və başından travma alıb. M.Qasımova koma vəziyyətində Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, M.Qasımova Göyçay şəhər 5 saylı tam orta məktəbin 9-cu sinif şagirdi olub.

Faktla bağlı araşdırma aparılır.   

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox