Azedu.az

Şamaxıda 5 məktəbə “Merkur konstruktor dəstləri” təqdim edilib

Məktəblər

10 Dekabr 2019, 14:58
Şamaxıda 5 məktəbə “Merkur konstruktor dəstləri” təqdim edilib

Çex Respublikasının “İnkişafa yardım” layihəsi çərçivəsində Şamaxı rayonunda yerləşən Qaravəlli, Meysəri, Muğanlı, Qızmeydan, Əngəxaran kənd məktəblərinə “Merkur konstruktor dəstləri” təqdim edilib.

Təhsil Nazirliyindən AzEdu.az-a bildiriblər ki, təqdimetmə mərasimində Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Tural Əhmədov, Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Namiq Nağıyev və Respublika Uşaq və Gənclərin İnkişafı Mərkəzinin direktoru Firuzə Sultan-zadə iştirak ediblər.

Konstruktor dəstlərindən fizika fənninin tədrisi zamanı, habelə məktəblilərin asudə vaxtının səmərəli təşkil edilməsi məqsədilə istifadə olunacaq.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox