“Əvvəllər məktəb mediaya daha qapalı idi və çəkiliş aparılarkən direktordan icazə almaq lazım olurdu. Sabiq Təhsil naziri Mikayıl Cabbarov məktəbin mediaya açıq qurum olması ilə bağlı qərar qəbul etdi. Həmin qərarda belə bir bənd var ki, hər hansı təhsil müəsissəsində çəkiliş olacağı haqqında Təhsil Nazirliyinin müvafiq qurumlarına əvvəlcədən məlumat verilməlidir. Məktəbin mediaya tamamilə açıq qurum olması üçün gərək bu maddə qərardan çıxarılsın. Hesab edirəm ki, burda böyük problem də yoxdur”
AzEdu.az xəbər verir ki, bu sözləri İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib.
O, təhsil problemlərinin işıqlandırılmasında medianın rolundan danışıb. Bildirib ki, məktəb, müəsissə mediaya açıq olanda narazılıqlar müvafiq qurumlara daha tez çatır və həll olunur.
Qeyd edək ki, ötən gün Azərbaycan Texniki Universitetində Təhsil Nazirliyi yanında İctimai şuranın Fəaliyyət Planınn təqdimatına həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransda İctimai şuranın rəhbərliyi və üzvləri, təhsil ekspertləri, KİV nümayəndələri iştirak edib.
Ayşə Müseyib