“Dəfələrlə tapdığım düsturlar olub ki, onları sonradan riyaziyyat kitablarında görmüşəm”.
Bu sözləri AzEdu.az-a açıqlamasında Bakı şəhər 261 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Famil Ağayev deyib.
Belə ki, o, riyaziyyat fənnini şagirdlərə daha yaxşı mənimsətmək üçün fərqli üsullar tapıb.
Bu üsullar vasitəsi ilə şagirdlər bölmə əməliyyatını daha asan şəkildə həyata keçirə biləcəklər.
“Bu ideya məndə şagird vaxtından formalaşıb. Sadəcə olaraq, formal mühit lazımdır. Yalnız, çox çalışaraq, məqsədə doğru irəliləmək mümkündür”.
Famil müəllim, tapdığı üsullardan birini bizimlə bölüşüb.
“Bu kəşflərimdən biri də 19-a rahat şəkildə bölünməni həyata keçirir.Belə ki,ədədin son rəqəmlərindən faydalanaraq, onları 2-yə vurub əvvəlki hissə ilə toplayırıq. Məsələn, 798.8×2=16 79+16=95.19 95-ə bölündüyü ücün 798 ədədi də 19-a bülünür”.
O, bu tip ideyaların onda uzun müddət ərzində formalaşdığını deyib.
“Bu tip ideyalarla sagird olduğum zamanlarda da çox məşğul olmuşam.
Hətta, dəfələrlə tapdığım düsturlar olub ki, onları sonradan riyaziyyat kitablarında görmüşəm.
Metodiki olaraq, öz mənimsətmə üsullarım var. Həm müasir, hem ənənəvi təhsildən faydalanaraq, dərs keçməyə çalışıram.
Riyaziyyatı daha yaxşı mənimsətmək ücün sagirdlərdə nəzəri bilikləri formalaşdırdıqdan sonra paraktiki tetbiqləri də öyrətmək lazımdır. Lakin müasir metodika daha çox praktikaya deyil, əzbər sisteminə üstünlük verdiyi üçün sagirdlər həll etdikləri məsələlərə uyğun çalışmaların cavabını tapa bilirlər. Nəzəri bilik zəif olduğundan tetbiq sahəsi mehdud olur, lakin tətbiqi və praktiki üsulları da genişləndirmək lazımdır.
Bütün mövzular üzrə hər kəsin xüsusi metodikası ola bilər. Mən də öz metodikamdan faydalanıram. Dərsliklər ve özəl nəşriyyatların materiallarını araşdırıb uzlaşdırmaq lazımdır.
Bir sözlə hər bir müəllim araşdırıb müasir üsulları tətbiq etməlidir”.