Azedu.az

Kanadada məktəb avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

Məktəblər

Maraqlı

3 Dekabr 2019, 09:40
Kanadada məktəb avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

Kanadanın Alberta əyalətində, Smoki-Leyk şəhəri yaxınlığında məktəb avtobusu və avtokranın toqquşması nəticəsində üç nəfər yaralanıb.

AzEdu.az xəbər verir ki, bu barədə məlumat “CBC” telekanalında yayımlanıb.

Qəza zamanı avtobusda sürücü ilə yanaşı 14 ibtidai və yuxarı sinif şagirdləri olub. Üç uşaq, o cümlədən iki yeniyetmə ağır vəziyyətdə helikopterlə Smoki-Leykdən 115 km şimal-şərqdə yerləşən Edmonton Uşaq Xəstəxanasına aparılıb. Qalan uşaqlar və nəqliyyat vasitələrinin sürücüləri ciddi xəsarət almayıblar.

Polis qəzanın səbəblərini araşdırır.(apa)

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox