Azedu.az

ABŞ-da məktəb yaxınlığında atışma

27 Noyabr 2019, 12:04
ABŞ-da məktəb yaxınlığında atışma

ABŞ-ın Vaşinqton ştatında ibtidai məktəbin yaxınlığında iki nəfərin yaralanması və bir nəfərin ölümü ilə nəticələnən atışma hadisəsi baş verib.

AzEdu.az xəbər verir ki, bu barədə “RİA Novosti” yerli polis idarəsinə istinadla xəbər yayıb.

Bildirilir ki, hüquq mühafizəçiləri çağırış yerinə getdikdə cinayət yerində yaralılarla rastlaşıblar. Bundan sonra onlar caninin yerini müəyyənləşdirərək, onun dalınca düşüblər.

İnformasiyaya görə, izlənmə zamanı şübhəli maşını saxlayıb və özünə qəsd edib.

Hadisə vaxtı şagirdlərin əksəriyyəti artıq məktəbi tərk ediblər. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. İstintaqa başlanılıb.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox