Azedu.az

Azərbaycan və Aİ təhsil sahəsindəki monitorinqin nəticələrini müzakirə edəcək

26 Noyabr 2019, 17:15
Azərbaycan və Aİ təhsil sahəsindəki monitorinqin nəticələrini müzakirə edəcək

Noyabrın 28-29-da Bakıda Azərbaycan və Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyi arasında təhsil sahəsində aparılan monitorinqin yekunları üzrə müzakirələr aparılacaq.

 AzEdu.az xəbər verir ki, müzakirələrdə Azərbaycan tərəfdən Təhsil Nazirliyinin yüksək vəzifəli nümayəndələri, Aİ-dən nümayəndə heyətinin rəhbəri, səfir Kestutis Yankauskas iştirak edəcək.

Azərbaycanda "Aİ Təhsilə Dəstək Proqramı"nın nəticələrinin müzakirəsi çərçivəsində müvafiq tövsiyələr təqdim ediləcək.

Avropa İttifaqının 2014-cü il üzrə Azərbaycan üçün illik fəaliyyət proqramına (AAP 2014) təhsil və təlim sahalərinə, təqribən, 19 milyon avro məbləğində dəstək daxildir. Buraya peşə təhsili və təlim sahəsində islahatların aparılması, Milli Kvalifikasiyalar Çərçivəsinin hazırlanması və həyata keçirilməsi, habelə Qəbələ, İsmayıllı, Qax, Gəncə, Cəlilabad və Bərdədəki çoxfunksiyalı tədris mərkəzlərinin modernləşdirilməsi üçün qrant sxemləri daxildir.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox