Azedu.az

Gəncə  məktəbindən  şagird ölümü ilə bağlı açıqlama: Sən demə...  

26 Noyabr 2019, 16:27
Gəncə  məktəbindən  şagird ölümü ilə bağlı açıqlama: Sən demə...  

Gəncə şəhər M.Ş. Vazeh adına 16 nömrəli tam orta məktəb şagirdin ölümü ilə bağlı məlumat yayıb.

Məktəbdən AzEdu.az-a verilən məlumata görə, məktəbin 1-ci sinif şagirdi Xədicə Hətəmlinin bu gün 12:30 radələrində halı pisləşib və qıcolma keçirib. Hadisə zamanı şagirdin nənəsi, müəllimi və məktəbin tibb bacısı yanında olub: "Məlumat üçün bildiririk ki, şagird epilepsiya xəstəliyi olduğu üçün nənəsi hər zaman şagirdlə dərsə gəlir, onu gözləyir, tənəffüs müddətində onu yedizdirirmiş. Şagird xəstəxanaya çatdırılanadək yolda dünyasını dəyişib.

Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli məktəb kollektivi adından şagirdin ailəsinə başsağlığı verir, Allahdan səbir diləyirik".

 
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox