Azedu.az

“Məktəbimizdə” - fotorubrika

Məktəblər

25 Noyabr 2019, 13:25
“Məktəbimizdə” - fotorubrika

Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər Ağstafa şəhəri Ə.Hüseynov adına 1 nömrəli tam orta məktəbdəndir.

AzEdu.az xəbər verir ki, sözügedən ümumtəhsil məktəbinin əsası 1949-cu ildə qoyulub. Yarandığı gündən rayonun təhsil sahəsində müstəsna xidmətləri olan ümumi təhsil müəssisəsində hazırda 942 şagird təhsil alır. Ötən tədris ilində məktəbin 53 nəfər məzunu olub. Onlardan 23 nəfəri ali, 5 nəfəri isə orta ixtisas təhsili müəssisələrinə qəbul olunub. Ali məktəbə qəbul olunan məzunlardan 1 nəfəri 600-dən, 5 nəfəri isə 500-dən yuxarı bal toplayıb.

Məktəbin şagirdləri 2018-2019-cu tədris ilində Məktəblilərin Respublika Yaradıcılıq Festivalında dram nominasiyası üzrə 1-ci yerə layiq görülüb. 

"Məktəbimizdə" rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox