Azedu.az

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə əsas dəyişiklik açıqlandı

Məktəblər

Müəllimlər və elm adamları

Diaqnostik qiymətləndirmə

11 May 2018, 15:30
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə əsas dəyişiklik açıqlandı

“Bu il də müəllimlərin işə qəbulu üzrə müsabiqədə dəyişikliklər olacaq”. 

AzEdu.az  xəbər verir ki, bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə deyib.

O bildirib ki, müəllimlər işə qəbulu üzrə müsabiqədə göstərilən nəticə 2 tədris ilində öz qüvvəsini saxlayacaq: “Müəllimlərin işə qəbulu üzrə müsabiqədə əsas ciddi dəyişiklik budur. Əsas mütərəqqi dəyişikliklər müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə müsabiqədə müşahidə olunur”.

M. Camalzadənin sözlərinə görə, müəllimlərin işə qəbulu üzrə müsabiqədə namizədlərə 60 test tapşırığı təqdim edilir: “Həmin test tapşırıqlarının 40-ı namizədin öz ixtisasına, 10 test tapşırığı metodika və təhsil strategiyalarına, digər 10 tapşırıq isə məntiqə dair olur”. 

O vurğulayıb ki, müəllimlərin iş yerinin dəyişdirilməsi ilə bağlı xüsusi məhdudiyyət yoxdur.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox