Azedu.az

Cəlilabadda evdən meyiti tapılan müəllimin ölüm səbəbi məlum olub - TƏFƏRRÜAT  

Məktəblər

Müəllimlər və elm adamları

18 Noyabr 2019, 12:39
Cəlilabadda evdən meyiti tapılan müəllimin ölüm səbəbi məlum olub - TƏFƏRRÜAT  

Cəlilabad rayonunda kirayə yaşadığı evdən meyiti tapılan gənc müəllimin səbəbi məlum olub. 

AzEdu.az-ın məlumatına görə, Yardımlı rayon sakini, 1983-cü il təvəllüdlü Zəfər Şirzad oğlu Miriyevin ilkin ölüm səbəbinin pnevmoniya olduğu bildirilir. 

Qeyd edək ki, rayonun Maşlıq kənd orta məktəbində riyaziyyat müəllimi işləyən Z.Mİriyevin kirayə qaldığı evdə meyidi aşkar edilib. 

Məlumata görə, mərhumun atası oğluna dəfələrlə zəng etsə də, telefona cavab verməyib. Daha sonra atası ev sahibinə zəng vurub. Ev sahibi də müəllimi ölü vəziyyətdə aşkar edərək, müvafiq orqanlara məlumat verib. 

Faktla bağlı araşdırma aparılır. (Report)

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox