Azedu.az

15 yaşlı qızlarının otağına girən valideynləri dəhşətə gəldi - Məktəbdə bıçaqlanıb, evə gəlibmiş

Məktəblər

Maraqlı

13 Noyabr 2019, 12:48
15 yaşlı qızlarının otağına girən valideynləri dəhşətə gəldi - Məktəbdə bıçaqlanıb, evə gəlibmiş

15 yaşlı qızlarının otağına girən valideynləri dəhşətə gəlib.

AzEdu.az milli.az-a istinadla xəbər verir ki, mübahisə zamanı bıçaqlandığını ailəsindən gizlədərək birbaşa öz otağına gedib, yatan qız ölüb.

Rusiyanın Yekaterinburq şəhərində yaşayan 15 yaşlı məktəbli Yelizabet Kindsfater məktəbdə mübahisə zamanı sinəsindən bıçaqlanıb. Lakin o, xəstəxanaya getmək əvəzinə güclə evə gəlib, valideynlərinə yorğun olduğunu bildirib və öz otağına keçib.

Axşam saatlarında qızın halı pisləşib və o, valideynlərindən kömək istəyib. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Onun bıçaqlanmasında şübhəli bilininən 16 yaşlı oğlan saxlanılıb. O, hadisə zamanı sərxoş halda olub.

İlkin məlumata görə, qız oğlanı söydüyünə görə bıçaqlanıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox