Azedu.az

Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbi “Yeni nəfəs” adlı solo konsert proqramı təqdim edəcək

Məktəblər

6 Noyabr 2019, 14:39
Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbi “Yeni nəfəs” adlı solo konsert proqramı təqdim edəcək

Noyabrın 8-də Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbi 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunan “Yeni nəfəs” adlı solo konsert proqramı təqdim edəcək.

AzEdu.az xəbər verir ki, konsertdə təhsil müəssisəsinin şagirdləri gözəl ifaları ilə çıxış edəcəklər. Həmçinin məktəbin direktoru, Azərbaycan Respublikasının Xalq artisti Fidan Hacıyeva öz ifası ilə azyaşlı şagirdlərə dəstək olacaq.(Azərtac)

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox