Azedu.az

Şagirdlər ƏÜO-nun təlim mərkəzlərində praktiki məşğələlərə cəlb edilib

3 Noyabr 2019, 17:49
Şagirdlər ƏÜO-nun təlim mərkəzlərində praktiki məşğələlərə cəlb edilib

Məktəblilərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi və hərbi xidmətə düzgün istiqamətləndirilməsi məqsədi ilə Sədərək və Şərur rayonlarında fəaliyyət göstərən tam orta məktəblərin şagirdləri praktiki məşğələlərə cəlb ediliblər.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AzEdu.az-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun təlim mərkəzlərində keçirilən məşğələlər zamanı müxtəlif atıcı silahların, snayper tüfənglərinin, minaatan qurğularının, tank əleyhinə vasitələrin, əl qumbaralarının taktiki-texniki xüsusiyyətləri haqqında və eləcə də tibbi hazırlıqdan şagirdlərə ətraflı məlumat verilib.

Sonra məktəblilər avtomat və pulemyotlardan praktiki atışları yerinə yetiriblər.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox