Azedu.az

İşdən çıxarılan direktor hansı sənədləri təhvil verməlidir? - SİYAHI

Məktəblər

29 Oktyabr 2019, 11:42
İşdən çıxarılan direktor hansı sənədləri təhvil verməlidir? - SİYAHI

Məktəbdə direktor vəzifəsinə yeni kadr təyin olunduqda təhvil -təslim aktı imzalanır. Akta görə sabiq direktor bəzi sənədləri, əmr kitabçalarını və möhürləri  təslim edir.

AzEdu.az sabiq direktorun təslim etməli olduğu sənədlərin siyahısını təqdim edir.

Məktəb üzrə bütün əmr kitabları; ( sıra ilə başlanma və bitmə tarixi göstərilməklə)

Pedaqoji Şuranın protokol kitabları; ( başlama və bitmə tarixləri göstərilməklə)

Müəsisənin dairəvi və dördkünc möhürləri;

Attestatların verilməsi haqqında qeydiyyat kitabı ; Bura daxildir tam, ümumi orta təhsil haqqında, xüsusi nümunəli, dublikat attestatlar daxildir.

 Pedaqoji işçilərin uçotu kitabı;

Əmək kitabçaları və əmək müqavilələri; (işçilərin adla siyahısı üzrə)

Məktəbin texniki pasportu;

Sabiq və yeni direktorun vacib bildiyi digər kitab və  ya kitablar; (məsələn xatirə kitabı və s.)

Qeyd edək ki,yeni direktor bu sənədləri təhvil aldıqdan sonra işə başlaya bilər. Digər lazımı sənədləri isə ayrı-ayrı məsul şəxslərdən əldə etməlidir.

Ayşə Müseyib

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox