Dövlət büdcəsindən təhsil xərcləri üçün ayrılan vəsaitin 18,3 milyon manatı ümumitəhsil məktəblər üzrə şagirdlərin pulsuz dərsliklərlə təmin olunması və metodiki vəsaitlərin alınması ilə bağlı xərclərə ayrılıb.
AzEdu.az xəbər verir ki, bu barədə 2020-ci il dövlət büdcəsinin zərfində bildirilib.
Dövlət büdcəsinin zərfində qeyd olunur ki, 2020-ci ildə təhsil xərcləri üçün ayrılan vəsaitin 507,8 milyon manatı və ya 16,1 faizi bu sahə üzrə müvafiq dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsinə yönəldiləcək.
Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.