Ağdam rayonunun Əhmədağalı kəndindəki uşaq bağçası əsaslı təmir edilir.
AzEdu.az-ın məlumatına görə, AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən əsrin 60-cı illərində inşa edilmiş 55 yerlik uşaq bağçası indiyədək əsaslı təmir olunmayıb. Rayonun daxili imkanları hesabına aparılan təmir işləri zamanı binanın dam örtüyü, döşəmə, tavan, qapı və pəncərələri dəyişdirilib, elektrik xətti çəkilib, yanğın əleyhinə siqnalizasiya və istilik sistemləri quraşdırılıb.
Uşaq bağçasının həyətində abadlıq işləri aparılacaq, oyun qurğuları quraşdırılacaq. Əsaslı təmir işlərinin noyabr ayında başa çatdırılması nəzərdə tutulur.