Azedu.az

İnformatika müəllimləri üçün seminarlar keçirilir  

24 Oktyabr 2019, 17:15
İnformatika müəllimləri üçün seminarlar keçirilir  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində informatika müəllimləri üçün seminarlar keçirilir.

AzEdu.az xəbər verir ki, Təlimə Dəstək Mərkəzi tərəfindən  təşkil olunmuş seminarların əsas məqsədi informatika fənninin tədrisi prosesində müasir təlim texnologiyalarından istifadə, dərs planlaşdırması, informatika müəllimlərinin bilik və bacarıqlarının artırılması, dərs prosesinin daha yaxşı təşkilinə dair zəruri məlumatların çatdırılmasından ibarətdir.

Paytaxtın 12 inzibati rayonu üzrə təşkil olunan seminarlarda informatika fənninin tədrisi zamanı dərsin düzgün istiqamətdə qurulması, müvafiq təlim forma və üsullarının məqsədəuyğun şəkildə seçilməsinin keyfiyyətə təsiri, qiymətləndirmədə müxtəlif üsul və vasitələrdən istifadə zamanı müəllimlərin qarşılaşdıqları problemlərin həlli yollarının müəyyənləşdirilməsi barədə söhbətlər aparılır, müəllimlərə müvafiq tövsiyələr verilir.

Seminarlarda mövzu ətrafında müəllimlərlə fikir mübadiləsi aparılır, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilir.

Qeyd edək ki, Prezident İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və 2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrində və “Müasir dövrdə ümumi təhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən edilmiş hədəflərin yerinə yetirilməsi istiqamətində keçirilən seminarların cari ilin sonunadək davam etdirilməsi planlaşdırılır.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox