Gəncədə bıçaqlanma olub.
AzEdu.az "Qafqazinfo" -a istinadən xəbər verir ki, şəhər sakini 2002-ci il təvəllüdlü Verdiyev Əzim Elşad oğlu döş qəfəsinin kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyəti kafi qiymətləndirilir. 17 yaşlı oğlanın mübahisə zəminində şəhərin" Bağmanlar" adlanan ərazisində bıçaqlandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Gəncədə 17 yaşlı oğlanı qətlə yetirən şəxsin kimliyi məlum olub.
"Qafqazinfo"nun xəbərinə görə, 2002-ci il təvəllüdlü Əzim Verdiyevi ürəyindən bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilininən həmyaşıdı Məmmədov Elgün Rövşən oğlu saxlanılıb. 10-cu sinif şagirdi cinayəti etiraf edib.
O, ilkin ifadəsində bildirib ki, qətlə yetirdiyi şəxs çayxanada onun əmisi oğlunu vurmaq istəyib. Bu da əmisi oğlunu mühafizə etmək üçün Ə. Verdiyevi bıçaqlayıb.
Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.