Azedu.az

“Məktəblərə nəqliyyat vasitələrinin verilməsi gündəmdə deyil” - Ceyhun Bayramov

Məktəblər

Elm və Təhsil Nazirliyi

17 Oktyabr 2019, 12:45
“Məktəblərə nəqliyyat vasitələrinin verilməsi gündəmdə deyil” - Ceyhun Bayramov

"Ayrı-ayrı məktəblərə nəqliyyat vasitələrinin verilməsi gündəmdə deyil. Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətləri tərəfindən bu məsələlərin düzgün planlanması və tənzimlənməsi müzakirə edilir".

AzEdu.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov deyib:

C.Bayramov bildirib ki, yeni ərazilərin planlaşdırılması zamanı bu məsələlər diqqət mərkəzində saxlanılmalıdır:

"Bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən layihələr var. Şagird kontingentinin sıxlığını  və gediş-gəlişlə bağlı problemləri, xüsusilə, kortəbii inkişaf gedən ərazilərdə müşahidə edirik. Əfsuslar olsun ki, belə ərazilər mövcuddur".

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox