2016-cı ildə tədris dili fənnindən 9-cu sinif üzrə buraxılış imtahanında “2” alan şagirdlərin 93.9%-i 2018-ci ildə 11-ci sinif üzrə buraxılış imtahanında da “2” və “3” qiymət alıb.
AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent”jurnalının 12-ci sayında bildirilib.
9-cu sinif üzrə buraxılış imtahanında “5” qiymət alan şagirdlərin 79.0%-i 11-ci sinif üzrə buraxılış imtahanında da “5” qiymət alıb.
2016-cı ildə 9-cu sinif üzrə buraxılış imtahanında həmin şagirdlərin tədris dili fənni üzrə:
15%-i "2";
45%-i "3";
24%-i "4";
16%-i "5" qiymət alıb.
Həmin şagirdlərin riyaziyyat fənni üzrə:
19%-i "2";
37%-i "3";
21%-i "4";
23%-i "5" qiymət alıb.