Azedu.az

Direktoru vəfat edən məktəbdən AÇIQLAMA: “Yolu uzaq olduğu üçün...”  

Məktəblər

2 Oktyabr 2019, 16:27
Direktoru vəfat edən məktəbdən AÇIQLAMA: “Yolu uzaq olduğu üçün...”  

Sabunçu rayonu, Maştağa qəsəbəsi, 293 saylı orta məktəbin direktoru dünyasını dəyişib.

AzEdu.az xəbər verir ki, məktəbdən Modern.az-a bildirilib ki,  məktəbin direktoru  Tanrıverdili Vaqif Baba oğlu iş otağında qəfil beyin insultu keçirib:

“Vaqif müəllim şəkərli diabetdən və təzyiqdən əziyyət çəkirdi. Vaqif müəllim bizim məktəbə bir il olardı ki, direktor gəlmişdi. O, uzun müddət Pirallahı qəsəbəsində yerləşən Çilov adasında  direktor işləmişdi. Yolu uzaq olduğuna görə, Təhsil Nazirliyi tərəfindən bizim məktəbə transfer olunmuşdu”.

“O həm də çox yaxşı insan idi. Bu ilin iyulunda 60 yaşı tamam olmuşdu”-deyə məktəbdən bildiriblər.

Qeyd edək ki, bu gün dərhal hadisə yerinə Təcili Tibbi Yardım Briqadası gəlib və xəstəni 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırıb. Həkimlərin səyinə baxmayaraq  V.Tanrıverdili dünyasını dəyişib.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox