Azedu.az

Firudin Cəlilov deputata qarşı çıxdı: “Ciddi müəllimin dərsində uşaqlar telefondan istifadə edə bilməz”

2 Oktyabr 2019, 10:10
Firudin Cəlilov deputata qarşı çıxdı: “Ciddi müəllimin dərsində uşaqlar telefondan istifadə edə bilməz”

Milli Məclisin deputatı Azər Badamov maraqlı təkliflə çıxış edib. 

O, orta məktəblərdə şagirdlərə mobil telefonlardan istifadənin qadağan edilməsi təklifini səsləndirib. Deputat “Təhsil haqqında" Qanuna telefonların sinif otağına aparılmasını qadağan edən maddənin əlavə edilməsini istəyir. Azər Badamov təklifini onunla əsaslandırıb ki, sinif otağında hər hansı bir şagirdin mobil telefonuna zəng ümumi dərs prosesini pozur. 

Deputatın bu təklifi ictimaiyyətdə ciddi müzakirələr yaradıb. İndiki situasiyada təhsil müəssisəsində mobil telefonların qadağan edilməsinin qeyri-mümkünlüyünü deyənlər çoxdur. 

AzEdu.az xəbər verir ki, keçmiş təhsil naziri Firudin Cəlilov Cebhe.info-ya açıqlamasında belə bir qadağanın düzgün olmadığını bildirib: 

“Hər bir uşağın yanında telefonun olması valideyndə arxayınlıq yaradır. İşdir, uşağın dalınca maşın gəlməlidir, gəlmir, dayanıb gözləyir. Bununla bağlı valideynini xəbərdar edir. İndiki şəraitdə və şəhərdə mütləq valideynlə uşaq arasında əlaqə vasitəsi olan telefona ehtiyac var. Onu qadağan etməyin mənasını görmürəm. Əgər nəzərdə tuturlarsa ki, şagird dərs zamanı telefonla oynayır, əlbəttə, buna yol vermək olmaz. Amma mən inanmıram ki, ciddi müəllimin dərsində uşaqlar telefondan istifadə etsinlər. İstənilən halda mobil telefonu məktəbdə qadağan etmək düzgün deyil”

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox